"Simurq" "Sumqayıt" üçün son məşqinə çıxacaq

12:00 - 27 Sentyabr 2014

VII tura hazırlıq

 

Premyer Liqanın 7-ci turu çərçivəsində "Sumqayıt"ı qəbul edəcək "Simurq" hazırlıqları davam etdirir.

 

Sportal.az xəbər verir ki, bu gün son məşqinə çıxacaq "Simurq"un heyətində zədə səbəbindən hələ də forma geyinmək şansı olmayan Vüqar Musatafyev bu oyuna tam hazırdır.

 

"Qarabağ"la görüşdə meydana çıxa bilməyən İlkin Qırtımov da "Sumqayıt"la oyunun hazırlıqlarında iştirak edir.

 


Qeyd edək ki, sentyabrın 28-də keçiriləcək "Simurq" - "Sumqayıt" matçı saat 18:00-da başlanacaq

Xəbər xətti