"Hall Siti" - "Mançester Siti" 2:4 VİDEO

21:30 - 27 Sentyabr 2014

"Şəhərlilər" əvvəl şok yaşadılar sonra sevindilər

 

İngiltərə Premyer Liqasında 6-cı tura start verilib. 

 

Sportal.az xəbər verir ki, ""Mançester Siti" səfərdə "Hall Siti" ilə qarşılaşıb. Matça erkən qolla başlayan qonaqlar ardıçıl iki dəfə rəqib qpısının torunu silkələyiblər.

 

Əvvəl "şəhərlilər"in argentinalı ulduzu Aquero daha sonra Edvin Dzeko fərqlənib. "Mançester Siti"nin qollarına meydan sahibləri də cavabsız qalmayıblar, Manqalanın qapıları səhv salaraq topu öz qapısına göndərməsi, ardından da Hernandesin qolu tabloda ikiləri cütləşdirib.

 

Fasilədən sonra oyunda dönüş yaradan qonaqlar hesabı xeyirlərinə çeviriblər. Yenidən səhnəyə Dzeko çıxıb. Matçda son nöqtəni Klişi qoyaraq "Mançester Siti"nin qələbəsini rəsmləşdirib. 

 

 

“Hall Siti” – “Mançester Siti”  2:4

Qollar: Manqala, 21-öz qapısına, Hernandes, 32-pen - Aquero, 7, Dzeko, 11, 68, Klişi, 84

 

 

Xəbər xətti