"Qarabağ"a qol vuran futbolçu: "Rəqibi yaxşı təhlil etmişdik"

02:30 - 3 Oktyabr 2014

D`Ambrosio: "Qarabağ" güclü komandadır" 
 
 
Avropa Liqasının qrup mərhələsinin II turunda öz meydanında "Qarabağ"ı 2:0 hesabı ilə məğlub edən "İnter" klubunun üzvü D`Ambrosio oyunla bağlı fikirlərini bildirib.
 
 
Sportal.az xəbər verir ki, "İnter"in gənc futbolçusu "Qarabağ"la görüşdə qazanılan qələbənin onlar üçün çox vacib olduğunu deyib:
 
"Kalyari"yə böyük hesablı məğlubiyyətdən sonra bu,oyunda qələbə bizim üçün önəmli idi. Həmin məğlubiyyətdən sonra azarkeşlərimizə söz vermişdik ki, növbəti görüşdə qələbə qazanacağıq. Bu nə qədər çətin olsa da, sonda istəyimizə çatdıq. "Qarabağ" yaxşı komandadır və hansı oyuna üstünlük verdiyini də bilirdik. Hardasa rıəqibi yaxşı təhlil etmişdik. "Qarabağ" topla oynamağı çox xoşlayır. Ancaq biz buna imkan vermədik. Əsas qələbə qazanmağımız idi. Növbəti mərhələyə vəsiqə qazanandan sonra artıq gücümüzü tam çempionata yönəldəcəyik. Çünki, çempionatda da mükafatçılar sırasında yar almaq istəyirik". 
 

Xəbər xətti