Bentunun millidən uzaqlaşdırdığı futbolçuları Santuş geri qaytardı

00:30 - 4 Oktyabr 2014

Portuqaliya millisinin heyəti açıqlandı
 
AVRO-2016-nın seçmə mərhələsində Portuqaliya millisi növbəti oyununu Danimarka yığması ilə səfərdə keçirəcək. 
 
 
Sportal.az xəbər verir ki, baş məşqçi postuna yeni təyin olunan Fernando Santuş Portuqaliya millisinin heyətini açıqlayıb. Maraqlıdır ki, Santuş sabiq çalışdırıcı Paulu Bentunun dünya çempionatına aparmadığı futbolçuları yığmaya dəvət edib.
 
 
Yeni məşqçi Tyaqu, Karvalyu, Kuarejma və Danni kimi futbolçuların da adlarını siyahıya salıb. Paulu Bentu sözügedən futbolçuları millidən uzaqlaşdırmışdı.  Danimarka millisi ilə matçda Portuqaliya yığmasının heyətində aşağıdakı futbolçular yer ala bilər.               
 
 
Qapıçılar: Betu (“Sevilya”, İspaniya), Antoni Lopes (“Lion”, Fransa), Rui Patrisi (“Sportinq”)
 
Müdafiəçilər: Brunu Alveş (“Fənərbaxça”, Turkiyə), Sedrik (“Sportinq”), Elezeu (“Benfika”), Fabio Koentrau (“Real” Madrid, İspaniya), İvu Pintu (“Dinamo” Zaqreb, Xorvatiya), Joze Fonte (“Sauthempton”, İngiltərə), Pepe (“Real” Madrid, İspaniya), Rikardo Karvalyu (“Monako”, Fransa), Antuneş (“Malaqa”, İspaniya)
 
Yarımmüdafiəçilər: Adrian Silva (“Sportinq”), Andre Qomeş (“Valensiya”, İspaniya), Joau Moutinyo (“Monako”, Fransa), Joau Mariu (“Sportinq”), Tyaqu (“Atletiko”, İspaniya), Villiam Karvalyu (“Sportinq”), Vieyrinya (“Volfsburq”, Almaniya), Kriştianu Ronaldo (“Real” Madrid, İspaniya), Danni (“Zenit”, Rusiya)
 
Hücumçular: Eder (“Braqa”), Nani (“Sportinq”), Rikardu Kuarejma (“Porto”)

Xəbər xətti