Futbolçularımızın komandaları üz-üzə gəldi

12:15 - 4 Oktyabr 2014

"Girəsunspor"  "Dənizlispor"un qonağı olub

 

Türkiyə birinci liqasında V turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, dünən keçirilən matçda Rail Məlikovun çıxış etdiyi “Dənizlispor”  Ayaz Mehdiyevin iştirak etdiyi “Girəsunspor”u qəbul edib.


Futbolçularımıza bu qarşılaşmada ehtiyac duyulmayıb. Rail Məlokov oyunu ehtiyatda qalaraq izləyib. Ayaz isə “18-liy”ə daxil edilməyib. Matç qolsuz bərabərliklə yekunlaşıb.


Qeyd edək ki, “Dənizlispor” 7 xalla V pillədə qərarlaşıb. Qələbəsi olmayan “Girəsunspor” isə xalını 4-ə çatdırmaqla X pillədə məskunlaşıb.

Xəbər xətti