Almaniyadakı həmyerlimizin komandası qələbə qazandı və liderliyi ələ keçirdi

16:20 - 4 Oktyabr 2014

Rüfət Dadaşovun çıxış etdiyi komanda I pillədə

 

Almaniya Regionalliqada XII turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Saarbrükken” klubu növbəti oyununu keçirib.


Komanda çempionatda XII turun oyununa çıxıb.  “Ayntraxt Trir”ın qonağı olan komanda inamlı qələbə qazanıb – 2:0. Bu qarşılaşmada həmyerlimiz iştirak etməyib.Buna səbəb Azərbaycan millisinin Frankfurt toplanışına yollanmasıdır.


Qeyd edək ki, bu nəticədən sonra “Saarbrükken” liderliyə yüksəlib. “Saarbrükken” 29 xalla I pillədə qərarlaşıb.

Xəbər xətti