"Spartak"ın prezidenti: "Stadionun girəcəyində Çerenkovun heykəli qoyulacaq"

17:40 - 4 Oktyabr 2014

Leonid Fedun Rusiya mətbuatına danışıb

 

“Spartak”ın sahibi Leonid Fedun Rusiya mətbuatına açıqlama verib. Sportal.az xəbər verir ki, Fedun Çerenkovun xatirəsinə heykəl qoyulmasından danışıb:

 

“Fyodor Çerenkopvun ölümü hamımız üçün böyük itkidir. O, “Spartak”ın əfsanəsi idi. İndi biz əlimizdən gələni etməliyik ki, onun ailəsi heç nədə sıxıntı keçirməsin.

 

“Spartak”ın yeni arenasındakı tribunalardan biri Çerenkovun adını daşıyacaq. Stadionun girəcəyində isə onun xatirəsinə heykəl salınacaq”.

 

Qeyd edək ki, Fyodor Çerenkov bu gün 56 yaşında vəfat edib. 

Xəbər xətti