Dino Zoff: "Totti İtaliya futbolunda ən mükəmməl 10 nömrədir"

15:25 - 5 Oktyabr 2014

"Bacco, Del Pyero və Totti İtaliya futbolunda son 25 ilin ən yaxşılarıdır"

 

İtaliya millisinin sabiq qapıçısı Dino Zoff “Roma”nın kapitanı Françesko Totti haqqında fikirlərini bildirib. Sportal.az xəbər verir ki, Zoff Tottinin ünvanına xoş sözlər səsləndirib:

 

“Tottinin Bacco, Del Pyero və Platini ilə müqayisə olunması tamamilə ədalətlidir. Bacco, Del Pyero və Totti İtaliya futbolunda son 25 ilin ən yaxşılarıdır.

 

Bacco çox mükəmməl qol yaradıcısı idi. Onun möhtəşəm keçidləri var idi. Del Pyero isə sanki bir “killer” idi.

 

Totti isə ən mükəmməl 10 nömrədir. Çünki o qeyd etdiyim bu iki futbolçuya məxsus keyfiyyətləri özündə birləşdirir. Bununla yanaşı yaxşı fiziki gücə də sahibdir.

 

Tottini Platini ilə müqayisə etmək olarmı? Onu istənilən futbolçu ilə müqayisə etmək olar. Top futbolçular arasında onun elə də böyük titulları yoxdur. Ancaq texnikası və səviyyəsinə görə, Totti elə Tottidir.

Xəbər xətti