"Mançester Yunayted"ə qayıtmaq? Mən dünyanın ən güclü klubunda oynayıram”

00:30 - 7 Oktyabr 2014

Jerar Pike "Barselona"dan ayrılmaq istəmir  
 
“Barselona” klubunun müdafiəçisi Jerar Pike “Mançester Yunayted”ə qayıdacağı ilə bağlı yayılan xəbərlərə son qoyub.
 
Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu buna belə münasibət bildirib: 
 
“Mançester Yunayted”ə qayıtmaq? İndi mən dünyanın ən güclü klubunda oynayıram. Elə o vaxtlar da “Barselona”da oynamağı arzulamışam. Ona görə də komandadan ayrılmaq  fikrim yoxdur”.
 
Pike müdafiənin mərkəzində Frans Bekenbauer, Ronald Kuman və Fernando Yerroyla oynanamaq istəyində olduğunu da gizlətməyib.
 
Qeyd edək ki, ispaniyalı futbolçu 2004-2008-ci illərdə  “Mançester Yunayted”də çıxış edib.    

Xəbər xətti