Antonio Konte Balotellidən niyə imtina etdi?

03:00 - 7 Oktyabr 2014

"Qraziano Pelle 50 qol vurmaqla millidə oynamağa haqq qazandı"
 
İtaliya milli komandasının baş məşqçisi Antonio Konte Mario Balotellini AVRO-2016-nın seçmə mərhələsində qarşılaşacaqları yığmamızla oyuna çağırmamasının səbəbini açıqlayıb. 
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis bunu "Liverpul"un hücumçusunun hazırda istənilən formada olmaması ilə bağlayıb:
 
"Balotelli İngiltərədə yeni macəraya başladı. Onun "Liverpul"a uyğunlaşması üçün vaxt lazımdır. Bu futbolçunun oyununu izləmişəm. Hələ tam formaya düşməyib. Qraziano Pelleyə gəldikdə, bu futbolçu son iki mövsümdə 50 qol vurmaqla millidə oynamağa haqq qazandı. Onun Hollandiya çempionatından sonra İngiltərə Premyer Liqasında da ulduzu parlayır".
 
Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsində Italiya oktyabrın 10-da evdə millimizlə qarşılacaq, 3 gün sonra səfərdə Malta yığmasının qonağı olacaq. 
 
 

Xəbər xətti