Arda Turan: " Futbolda yaxşı oynayana üç xal vermirlər"

12:05 - 11 Oktyabr 2014

Türkiyəli futbolçudan açıqlama

 

Türkiyə millisinin aparıcı futbolçusu Arda Turan AVRO-2016-nın seçmə mərhələsində Çexiyaya 1:2 hesablı məğlubiyyətdən sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, türkiyə mətbuatına danışan futbolçu bunları deyib:

 

"Birinci hissədə daha yaxşı oynadığımızı düşünürəm. Əlimizdən gələn hər şeyi etdik. Rəqib daha az hücum etdi, ancaq bizdən çox qol vurdu. Futbolda yaxşı oynayana üç xal vermirlər. Çexiya kimi komandalara qarşı oyunlarda hesabda geri düşdükdən sonra meydanı üç xalla tərk etmək çox çətindir"

Xəbər xətti