Azərbaycan klubuna şok cəza: Bütün oyunlarda texniki məğlubiyət verildi

13:25 - 14 Oktyabr 2014

İntizam Komitəsinin iclası keçirlib

 

İclasda ciddi qərarlar qəbul olunub.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, I divizionda çıxış edən "Mil-Muğan" klubuna şok cəza verilib. Həmin cəzanı sizə təqdim edirik:

 

I divizionun VI turunun "Kəpəz” – "Mil-Muğan” matçında "Mil-Muğan” klubunun futbolçusu Məmmədov Rəmzinin sənədlərinin saxta olması aşkar olunmuşdur. Futbolçuya və kluba lazımı sənədləri təqdim etmək üçün müddət verilsə də qeyd olunmuş vaxta kimi sənədlər təqdim olunmamışdır. İntizam Komitəsinin tələb etdiyi sənədləri təqdim edə bilmədiyinə görə və matçın protokolunda "Kəpəz” klubunun etirazını nəzərə alaraq aşağıdakı qərarlar qəbul olunur.

 

2014/2015 mövsümündə, Azərbaycan I divizionunda Rəmzi Məmmədovun istirakı ilə keçirilən "Mil-Muğan” klubunun bütün oyunlarına 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 1000 manat cərimə olunur .

 

"Mil-Muğan” klubunun futbolçusu Rəmzi Məmmədovun AFFA və PFL in bayrağı altında keçirilən bütun yarışlara 1 illik qadağa qoyulur və klub 1000 manat cərimə olunur.
"Kəpəz” klubunun 4 , "Mil-Muğan” klubunun 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur

Xəbər xətti