Millimizə qol vuran futbolçu həftənin rəmzi komandasında

18:52 - 15 Oktyabr 2014

"Avro-2016"da həftənin komandası

 

"Avro-2016"nın seçmə mərhələsində həftənin rəmzi komandası açıqlanıb.

Sportal.az xəbər verir ki, siyahıda millimizin qapısına iki qol vuran İtaliya yığmasının müdafiəçisi Corcio Kyellini də var. Siyahıda İrlandiya millisi 3, İngiltərə, İtaliya, Şimali İrlandiya, Çexiya, İslandiya, Portuqaliya, Slovakiya və İsrail hərəyə bir futbolçu ilə təmsil olunub.

"Avro-2016"da həftənin rəmzi komandasında yer alan futbolçular bunlardır:


Qapıçı: Roy Kerol (Şimali İrlandiya)

 

Müdafiəçilər: Con O'şi (İrlandiya), Fil Yaqelka (İngiltərə), Corcio Kyellini (İtaliya)

  
Yarımmüdafiəçilər: Borek Doçkal (Çexiya), Qulfi Siqurdson (İslandiya), Marek Hamşik (Slovakiya), Kriştiano Ronaldo (Portuqaliya)

 

Hücumçular: Kili Lafferti (İrlandiya), Robi Kin (İrlandiya), Omer Damari (İsrail)

Xəbər xətti