Braziliyalı forvard “Bakı”yla müqavilə bağladı

00:15 - 16 Oktyabr 2014

Hafiz Məmmədov: “Jaba komanda üçün vacib oyunçudur”
 
“Bakı” komandasına qayıdan Jaba klub prezidenti Hafiz Məmmədovla görüşüb.
 
Sportal.az xəbər verir ki, görüş zamanı klub rəhbəri braziliyalı futbolçunu yenidən “Bakı”da görməkdən məmnun olduğunu bildirib. Hafiz Məmmədov Jabanın komanda üçün vacib oyunçu olduğunu vurğulayıb.
 
Öz növbəsində Jaba da göstərilən etimada görə Hafiz Məmmədova minnətdarlıq edib. Yenidən “Bakı”ya qoşulduğu üçün xoşbəxt olduğunu qeyd edən forvard, klub üçün öz təcrübə və bacarığını əsirgməyəcəyini bildirib. Sonda isə Jaba əlavə edib ki, burada özünü əla hiss edir: “Sanki yenidən öz evimə qayıtmışam”.
 
Görüşün sonunda futbolçu rəsmi müqaviləyə imza atıb. Paytaxt təmsilçisiylə 1 illik müqavilə bağlayan  Jabanın bununla “Bakı”ya qayıdışı rəsmən reallaşıb.
 
Mənbə: Futbolxeber.az  

Xəbər xətti