"Qarabağ"ın rəqibi baş məşqçisiz qala bilər

03:15 - 16 Oktyabr 2014

Valter Massarinin taleyi "Napoli"dən asılıdırr
 
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan İtaliya "İnter"inin baş məşqçisi Valter Massari qripə yoluxub.
 
Sportal.az xəbər verir ki, bu səbəbdən təcrübəli mütəxəssis son məşqdə komandasından ayrı düşüb.
Massari klubun bazasında olsa da, futbolçularla birgə meydançaya çıxmayıb. Bu eyni zamanda Massarinin komanda ilə yollarını ayıracağı iddialarını da gücləndirib.
 
Qeyd edək ki, İtaliya A Seriyasının son iki turunda məğlub olan "İnter" növbəti turda "Napoli" ilə qarşılaşacaq. Bu oyunda da məğlub olacağı halda baş məşqçinin istefaya göndəriləcəyi bildirilir. 

Xəbər xətti