Qalamaqalın şahidi: "Araşdırmalardan sonra kimin haqlı olduğu üzə çıxacaq"

02:30 - 17 Oktyabr 2014

Stefan Mitroviç "Albanlar aqressiv davranaraq mənə təzyiq etdilər"
 
AÇ-2016-nın seçmə qrup mərhələsində Serbiya və Albaniya yığmaları arasındakı qarşılaşma qalmaqal baş verdiyindən oyun yarımçıq dayandırılıb.
 
Sportal.az xəbər verir ki, pultla idarə olunan helkopter vasitəsiylə Albaniya bayrağının meydanın mərkəzinə enməsi qalmaqalın başlanmasına səbəb olub. Serbiya millisinin üzvü Stefan Mitroviç yaşanan qalmaqala münasibət bildirib.
 
"Bayrağa ən yaxın mən idim və tullanaraq onu tutdum. Oyunun davam etməsi üçün bayrağı və pultla idarə edilən helikopteri hakimə vermək istədim. Lakin albanlar aqressiv davranaraq mənə təzyiq etdilər. Bundan sonra ara qarışdı. Baş verənləri hər kəs gördü.
 
Yəqin ki. araşdırmadan sonra kimin haqlı olduğu üzə çıxacaq. Belə bir hadisənin yaşanması yaxşı hal deyil. Sözsüz ki, indi UEFA-nın verəcəyi qərardan çox şey asılıdır. Ola bilsin ki, Avropa futbol qurumu həm bizi həm də albanları cəzalandırsın”.

Xəbər xətti