İngiltərə Premyer Liqası: "Mançester Siti"dən darmadağın, "Çelsi"dən çətin qələbə

00:45 - 19 Oktyabr 2014

“Sauthempton” - “Sanderlend”i biabır etdi 
 
İngiltərə Premyer Liqasında 8-ci turun oyunlarına start verilib.
 
Sportal.az xəbər veir ki, ilk oyun gününün ən maraqlı görüşlərindən biri “Mançester Siti” və “Tottenhem” qarşılaşması olub.  İlk yarıda rəqibinin qapısına iki dəfə yol tapan “şəhərlilər”in argentinalı ilduzu Aquero ikinci hissədə iki qol vurafaq poker edib.  Qonaq komanda bu qollardan yalnız birinin əvəzini çıxa bilib.  
 
Lider “Çelsi” isə “Kristal Pelas”ın qonağı olub. Joze Mourinyonun komandası çətinliklə olsa səfərdən 3 xalla dönə bilib. Premyer Liqada uğurlu çıxış edən “Sauthempton” doğma publika önündə “Sanderlend”i biabır edib – 8:0
 
 
18 oktyabr
 
İngiltərə Premyer Liqası 8-ci tur
 
“Mançester Siti” - “Tottenhem”  4:1
Qollar: Aquero, 13, 20-pen,  68-pen, 75 - Eriksen, 15
 
“Arsenal” - “Hall Siti”  2:2
Qollar: Sançes, 13, Uelbek, 90+1 - Diame, 17, Hernandes, 46
 
“Bernli” - ”Vest Hem”  1:3
Qollar: Boyd, 60 - Sako, 49, Valensiya, 54, Koul, 71
 
“Kristal Pelas” - ”Çelsi”  1:2
Qollar: Kempell, 90 - Oskar, 6, Fabreqas, 51
 
“Everton” - “Aston Villa”  3:0
Qollar: Caqelka, 18, Lukaku, 48, Koulman, 76
 
“Sauthempton” - “Sanderlend”  8:0
Qollar: Verqini, 12-öz qapısına, Pelle, 18, 69, Kork, 37, Braydkatt, 63-öz qapısına. Tadiç, 78, Vanyama, 80, Meyn, 86
 
“Nyukasl” - “Lester”  1:0
Qol: Obertan

Xəbər xətti