"Futbolçuları başa saldım ki, belə davam edə bilməz"

03:15 - 19 Oktyabr 2014

Yurgen Klopp: "Ümumiyyətlə, nə yaxşı müdafiə olunuruq, nə də hücuma çıxırıq"    
 
Almaniya Bundesliqasında Dortmundun “Borussiya” klubu heç də yaxşı günlərini keçirmir.
 
Sportal.az xəbər veir ki, cari movsümə uğursuz başlayan dortmundlular hələ də “qara zolaq”dan çıxa bilmirlər. 8-ci turda səfərdə “Köln”ə 2:1 hesablı məğlubiyyətdən sonra “Borussiya”nın baş məşqçisi Yurgen Klopp komandasının oyunundan narazı qaldığını bildirib:
 
“Komanda istənilən oyunu göstıərə bilmir. “Köln”ə qarşı oyunun birinci hissəsində çoxlu sayda ötürmələrdə səhvlərə yol verdik. Son məqamda qol fürsətlərindən lazımınca yararlana bilmirik. Ümumiyyətlə, nə yaxşı müdafiə olunuruq, nə də hücuma çıxırıq. Ona görə də səkkiz oyundan 7 xal yığmışıq və azırda turnir cədvəlinin 14-ciü pilləsində yer alırıq.
 
Mənə elə gəlir ki, qısa müddətdə toparlanmağımız lazımdır. Belə davam edrsə, elitanı tərk edəcək komandalardan biri də “Borussiya” olacaq. Çempionlar Liqasında mübarizə aparan bir komandanın indi aşağı sıralarda qərar tutması yaxşı hal deyil. Futbolçuları başa saldım ki, belə davam edə bilməz”.    

Xəbər xətti