“Qarabağ”ın rəqibi əsas futbolçusunu satır

17:30 - 19 Oktyabr 2014

Konoplyankanın transferində 3 klub maraqlıdır
 
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi “Dnepr” komandası aparıcı oyunçularından olan Yevgeni Konoplyankanı satmağa hazırlaşır. 
 
Sportal.az xəbər verir ki, İngiltərənin “Tottenhem” klubu ukraynalı futbolçunun transferinə görə qarşı tərəfə 5 milyon funt sterlinq ödəməyə razıdır. 25 yaşlı futbolçunun “Dnepr” klubuyla müqaviləsi 2015-ci ilin yayında başa çatır. İngiltərə təmsilçisiylə yanaşı Konoplyankanın transferində İtaliyanın “İnter” və Almaniyanın “Borussiya” (Münhenqladbax) komandası da maraqlıdır.

Xəbər xətti