İtaliya A Seriyası: "Milan"la "Latsio"nun səfər zəfəri

00:20 - 20 Oktyabr 2014

"Qarabağ"ın rəqibi xal itirdi
 
İtaliya A Seriyasında 7-ci tura start verilib.
 
Sportal.az  xəbər verir ki, turun açılış matçında paytaxt təmsilçisi “Roma” doğma meydanda “Kyevo”nu qəbul edib. Çempionluq uğrunda mübarizə aparan  “canavarlar” qonaqları parçalayıblar – 3:0.
 
Son illərin dəyişməz çempionu“Yuventus” səfərdə “Sassuolo” ilə üz-üzə gəlib. Bu qarşılaşmada qalib müəyyənləşməyib. İlk hissədə hərəyə 1 qol vuran komandalar meydanda sülhləayrılıblar. 
 
Avropa Liqaının qrup mərhələsində “Qarabağ”ın rəqibi “İnter” evdə “Napoli”ni sınağa çəkib.
 
 
İtaliya A Seriyası  7-ci tur  
 
18 oktyabr
 
“Roma “- “Kyevo”  3:0
Qollar: Destro, 4, Lyayiç, 25, Totti, 33-pen
 
“Sassuolo” – “Yuventus”  1:1
Qollar: Zaza, 13 - Poqba, 19
 
19 oktyabr
 
“Fiorentina” - “Latsio”  0:2
Qollar: Corcoviç, 35, Luliç, 90+2
 
“Atalanta” - “Parma”  1:0
Qol: Boakye, 90
 
“Kalyari” - “Sampdoriya”  2:2
Qollar: Avelar, 59-pen, Sau, 77 - Qabbiadini, 28, Obianq, 39
 
“Verona” - “Milan”  1:3
Qollar: Lopes, 87 - Markes, 21-öz qapısına, Honda, 27, 56
 
“Palermo” - “Çezena”  2:1
Qollar: Qonzales, 90+2, Dybala, 33 - Rodriqes, 61-pen
 
“Torino” - “Udineze”  1:0
Qol: Quaqliarella, 62
 
“İnter” - “Napoli”  2:2
Qollar: Quarin, 82, Hernanes, 90+2 - Kallehon, 79, 90
 
 
 
20 oktyabr
 
23:45 “Cenoa – Empoli”

Xəbər xətti