KPR - "Liverpul" 2:3 VİDEO

00:30 - 20 Oktyabr 2014

Qonaqlar rəqibdən 3 xalı son dəqiqələrdə qopardılar
 
İngiltərə Premyer Liqasında 8-ci turun oyunları davam edir.
 
Sportal.az xəbər veir ki, ikinci oyun günündə 2 qarşılaşma keçirilib. Turun ən maraqlı görüşlərdən biri KPR - “Liverpul” arasında olub.
 
İlk hissədə tıərəflər qapılara yol tapa bilməsələr də, fasilədən sonra azarkeşlər 5 qola şahidlik ediblər. Xüsusilə də son dəqiqələr dramatik məcrada keçərək hakimin oyunun əsas vaxtına əlavə etdiyi dəqiqələrdə qonaqlar qələbə topunu vurublar. 
 
Bununla da “Liverpuil” səfərdə çətinliklə olsa da KPR-ə 3:2 hesabı ilə qalib gəlib. 
 
 
KPR - “Liverpul”  2:3
Qollar: Varqas, 87, 90+2 - Dunne, 67-öz qapısına, Kountinyo, 90, Caulker, 90+5-öz qapısına
 

Xəbər xətti