İngiltərə Premyer Liqası: "Mançester Yunayted" yenə xal itirdi VİDEO

02:30 - 21 Oktyabr 2014

"Qırmızı şeytanlar"ın köməyinə Bilind çatdı 
 
İngiltərə Premyer Liqasında 8-ci turun oyunları başa çatıb.
 
Sportal.az xəbər verir ki, Lui van Qalın baş məşqçi postuna gəlişi də “Mançester Yunayted”ə kömək etməyib. Cari mövsümə elə də uğurlu başlamayan “qırmızı şeytanlar” bu turda da xal itkisylə üzləşiblər. “Vest Bromviç”in qonağı olan “Mançester Yunayted” çətinliklə üzləşərək az qala məğlub olurdu.
 
Hakimin final fitinə 3 dəqiqə qalmış Blind komandasının bərabərlik qolunu vurub. 
 
 
İngiltərə Premyer Liqası  8-ci tur
 
 
20 oktyabr
 
 
“Vest Bromviç” - “Mançester Yunayted”  2:2
Qollar: Sesseqnon, 8, Berahino, 66 - Fellaini, 48, Blind, 87

 

Xəbər xətti