I divizion klublarına sərt cəzalar

15:00 - 21 Oktyabr 2014

İntizam Komitəsinin qərarı

 

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan 1-ci divizionunun 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

 

“Neftçala” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

MOİK – “Turan-Tovuz” matçının 45+1-ci dəqiqəsində MOİK-in futbolçusu Zahid Quliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub.

“Ağsu” – “Kəpəz” matçında “Ağsu”nun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

“Lokomotiv” – “Energetik” matçında “Lokomotiv”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

“Zirə” – “Şahdağ” matçının 73-cü dəqiqəsində “Şahdağ”ın futbolçusu Vügar Asəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.

“Bakılı” – “Şəmkir” matçının 71-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Anar Rzayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində “Bakılı”nın futbolçusu Elçin Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.

 

“Mil-Muğan” – “Qaradağ Lökbatan” matçında “Mil-Muğan”ın 5 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klubu 100 manat cərimə olunub. Oyunun 13-cü dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Sabir Allahquliyev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub. Oyunun 67-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Natiq Əkbərov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 400 manat cərimə olunub. Oyunun 70-ci dəqiqəsində “Mil-Muğan”ın masajisti Səbuhi Məhərrəmov rəqib komandanın futbolçularını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klubu 500 manat cərimə olunub. Oyundan sora “Qaradağ Lökbatan”ın futbolçusu Cavid Mirzəyev əsas binanın qapısının şüşəsino sındırıb. Mil-Muğan” klubu dəymiş ziyanı kluba bildirdikdən sora həmin məbləğ “Qaradağ Lökbatan”   klubu tərəfdən stadiona ödənilsin. Hakimlər briqadası oyuna gecikdiyi üçün oyun 30 dəqiqə gec başlayıb. Hakimlər komitəsi hakimlər haqqında ölçü götürüb İntizam komitəsinə məlumat versin.

Xəbər xətti