"Real"da şok: "Liverpul"la oyunda aparıcı futbolçular iştirak etməyəcək

18:50 - 21 Oktyabr 2014

Madrid təmsilçisində 3 futbolçu sıradan çıxıb

 

Çempionlar Liqasının qrup mərhələsinin III turunda sabah axşam səfərdə "Liverpul"un qonağı olacaq "Real" (Madrid) klubu bu oyuna ciddi itkilərlə çıxacaq.

Sportal.az xəbər verir ki, İspaniya təmsilçisinin üç əsas futbolçusu zədə səbəbindən bu matçda meydanda olmayacaq .

Qaret Beyl, Serxio Ramos və Fabio Koentrao zədə səbəbindən komandaya komək edə bilməyəcək. Lakin hər üç futbolçunun həftəsonu "Barselona" ilə keçiriləcək La Liqa matçına qədər hazır olacağı bildirilir.

Qeyd edək ki, "Liverpul" - "Real" oyunu sabah axşam, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər xətti