"Şalke" - "Sportinq" 4:3 VİDEO

03:30 - 22 Oktyabr 2014

Motinq almanlara 3 xal bəxş etdi

 

Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunda maraqlı qarşılaşmalar olub. 

 

Sportal.az xəbər verir ki, bu oyunlardan da biri Almaniyada “Şalke” – “Sportinq” arasında baş tutub.

 

Oyunda hesabı qonaqlar açsa da, meydan sahibləri birinci hissənin sonuna qədər rəqib qapısına iki dəfə yol tapa biliblər. Fasiləyə üstün yollanan almanlar ikinci hissənin əvvəlində hesab arasındakı fərqi artırırlar. 

 

Lakin ev sahiblərinin qollarına qonaqlar da iki qolla cavab verib. Ancaq hakimin oyunun əsas vaxtına əlavə etdiyi dəqiqədə Moitinqin qolu “Şalke”yə qələbə qazandırıb. 

 

“Şalke” - “Sportinq”  4:3
Qollar: Obasi, 34, Huntelaar, 51, Hövedes, 60, Çoupo-Motinq, 90+3-pen - Nani, 16, Silva, 63-pen, 78

 

 

Xəbər xətti