"Əgər qırmızı vərəqə almasaydıq, oyunda qələbə qazana bilərdik"

17:35 - 22 Oktyabr 2014

"Oyundan oyuna daha da inkişaf etmək istəyirik"

 

Sportal.az xəbər verir ki, "Zirə" klubunun məşqçisi Bəhram Şahquliyev Azərbaycan kubokunun 1/16 finalında məğlub olduqları "Qaradağ Lökbatan"la oyun haqqında bunları deyib:

 

“Biz yeni komandayıq. Oyundan oyuna daha da inkişaf etmək istəyirik. Oyun yaxşı alındı. Məğlubiyyətə baxmayaraq, mən futbolçulardan razı qaldım. Hakimlik barədə danışmaq istəmirəm. Bu barədə Hakimlər Komitəsi qərar verə bilər. Biz ikinci hissədə rəqibdən daha üstün idik. Düşünürəm ki, Vüqar Əsgərovun yerdə qaldığı epizodda lehimizə penalti verə bilərdi. Əgər qırmızı vərəqə almasaydıq, oyunda qələbə qazana bilərdik. Bütün bunlara baxmayaraq, “Qaradağ Lökbatan”ı təbrik edirəm. İnşallah, kuboku qazansınlar”.

Xəbər xətti