Podolskidən etiraz: “Mən ehtiyatda qalan futbolçulardan deyiləm”

00:30 - 23 Oktyabr 2014

Almaniyalı hücumçu “Arsenal”ı tərk edir 
 
İngiltərənin “Arsenal” klubunda forma geyinən Lukas Podolski məşqçilər korpusuna öz etirazını sərt şəkildə bildirib.
 
Sportal.az xəbər verir ki, əsas heyətə düşməyən almaniyalı hücumçu baş məşqçi Arsen Vengerə meydan oxuyub:
 
“Mən ehtiyatda qalan futbolçulardan deyiləm. Arsen Vengerlə görüşüb bu məsələyə aydınlıq gətirəcəyəm. Əgər baş məşqçi məni əsas heyətdə görmək fikrində deyilsə, onda komandadan ayrılacağam. Qış fasiləsində bir müddət əvvəl “Yuventus”, “Qalatasaray” və ABŞ klublarından gələn təkliflərə yenidən baxacağam”.    

Xəbər xətti