“Əmin olun ki, “Yuventus” asanlıqla pley-offa çıxacaq”

03:30 - 23 Oktyabr 2014

Massimiliano Alleqr özünə təskinlik verdi
 
ÇL-nın qrup mərhələsinin 3-cü turunda “Yuventus” klubu səfərdə Yunanıstan təmsilçisi “Olimpiakos”a 1:0 hesabı ilə məğlub olub.
 
Sportal.az xəbər verir ki, oyundan sonra İtaliya klubunun baş məşqçisi Massimiliano Alleqri komandasının oyunun dəyəyərləndirməklə yanaşı özünə də təskinlik verib:
 
“Birinci hissədə yaxşı oynamadıq.  Çoxlu sayda səhvlərə yol verdik ki, belədə rəqibkomanda  təhlükəli əks-hüçumlar təşkil etməyə başladı. Belə hücumların birində yunanlar qol vurdu. Ondan sonra oyunda üstünlüyü ələ alsaq da hesabı bərabərlişdirə bilmədik. Düzdü, onların müdafiəsini təzyiq altında saxladıq ancaq qapıya yol tapa bilmədik. Mən optimist olduğum üçün inanıram ki, “Yuventus” asanlıqla qrupdan pley-offa çıxacaq. Buna əmin ola bilərsiz”.      

Xəbər xətti