"Hədəfimiz Çempionlar Liqası deyil, Superliqada çempion olmaqdır"

04:00 - 23 Oktyabr 2014

Çezare Prandelli: "Buraya gəiməyimin əsas məqsədi 4-cü ulduzu "Qalatasaray"a qazandırmaqdır"
 
ÇL-nın qrup mərhələsində ardıcıl ikinci böyükhesablı məğlubiyyətini “Qalatasaray” ötən gün evdə Dortmundun “Borussiya” klubundan aldı.
 
Sportal.az xəbər verir ki, qarşılaşmadan sonra baş məşqçi Çezare Prandelli “Borussiya” ilə oyundan deyil, Superliqadakı hədəflərindən danışıb:
 
“Güclü bir komandaya qarşı oynadıq. “Borussiya” uzun illər bir yerdə oynamış və formalaşmış bir komandadır. Hədəfimiz Çempionlar Liqasının qrupundan çıxmaq deyil, Superliqada çempion olmaqdır.
 
Bəzi oyunçularımızı heyətə almadıq. Bunun da səbəbləri var. Bruno millidən zədəli gəldi. Olcan da “Fənrbaxça”ya qarşı zədəli oynadı. Veysəl də fiziki cəhətdən elə güclü olmadığı üçün ona da istirahət verdim. Buraya gəiməyimin əsas məqsədi 4-cü ulduzu "Qalatasaray"a qazandırmaqdır. Hazırda turnir cədvəlinin ikinci pilləsində yer alırıq və hədfimiz də çempion olmaqdır.   

Xəbər xətti