Poqba "Yuventus"la yeni müqavilə imzaladı

18:15 - 23 Oktyabr 2014

Yarımmüdafiəçi 2018-ə qədər İtaliya təmsilçisində

 

"Yuventus" gənc futbolçusu Pol Poqba ilə müqaviləni yeniləyib.

Sportal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi 2018-ci ilə qədər "Yuventus"da çıxış edəcək.

Klubun yaxın günlərdə Poqba ilə müqavilə yeniləməsini rəsmən açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Fransa millisinin üzvü 2012-ci ildən "Yuventus"un şərəfini qoruyur.

Xəbər xətti