"Arsenal"a şad xəbər: 9 aydan sonra sağaldı

18:25 - 24 Oktyabr 2014

Teo Uolkot yaşıl meydanlara geri döndü

 

İngiltərənin "Arsenal" klubuna sevindirici xəbər var.

Sportal.az xəbər verir ki, uzun müddət zədədən əziyyət çəkən Teo Uolkot artıq sağalıb. Gənc futbolçunun "Sanderlend"lə qarşılaşmada meydana çıxacağı ehtimal olunur.

Qeyd edək ki, sabah keçiriləcək "Sanderlend" - "Arsenal" oyunu Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər xətti