Həmyerlimizin komandası məğlub oldu

20:00 - 27 Oktyabr 2014

Amit növbəti matçına çıxıb

 

Futbol üzrə Portuqaliya 2-ci Liqasında 12-ci turun görüşləri keçirilib.

 

Sportal.az xəbər verir ki, Amit Quluzadənin komandası "Atletiko" səfərdə "Feyrensi"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Futbolçumuz matçın 60-cı dəqiqədə meydana çıxıb.
 

Qeyd edək ki, bu matçdan sonra "Atletiko" 12 xalla turnir cədvəlinin 20-ci pilləsindədir.

Xəbər xətti