Təxirə salınmış oyunların vaxtı müəyyənləşib

11:25 - 30 Oktyabr 2014

2 matçın vaxtı açıqlandı

 

“Bakılı” klubunun 5 üzvünün 25 oktyabr-04 noyabr 2014-cü il tarixlərində Azərbaycan çimərlik futbolu üzrə milli yığma komandasının heyətində Dubay şəhərində  təlim-məşq toplanışında iştirak etməsi səbəbindən təxirə salınmış “Bakılı” – “Şuşa” və “Mil Muğan” – “Bakılı” matçlarının keçirilmə tarixi müəyyənləşib. 

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, VIII turdan təxirə salınmış “Bakılı” – “Şuşa” matçı 10 noyabrda, IX turdan təxirə salınmış “Mil-Muğan” – “Bakılı” matçı 17 noyabrda reallaşacaq.

Xəbər xətti