Buffon 500-ə çatdı

17:40 - 30 Oktyabr 2014

Qolkiper 500-cü matçına çıxıb

 

İtaliya A seriyasında "Genua" ilə matç "Yuventus"un qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

Sportal.az xəbər verir ki, təcrübəli qolkiper bu qarşılaşma ilə "Yuventus"da 500-ci oyununu keçirib. Həmin görüşdə "Yuventus" 1:0 hesabı ilə məğlub olub.

Qeyd edək ki, C.Buffon 2001-ci ildən "Yuventus"un şərəfini qoruyur.

Xəbər xətti