Lixtştayner "Yuventus"la razılığa gəlmədi

00:45 - 31 Oktyabr 2014

Turin təmsilçisi müdafiəçiylə dil tapa bilmədi
 
İsveçrə millisinin aparıcı üzvü Ştefan Lixtştayner mövsümün sonunda “Yuventus” klubu ilə yollarını ayıra bilər.
 
Sportal.az xəbər verir ki, 30 yaşlı sağ cinah müdafiəçisi turinlilərlə maliyyə məsələsində ortaq məxrəcə gələ bilməyib. “Yuventus” un rəhəbəri futbolçuya 3 illik müqavilə və ilinə 2 milyon avro məvacib təklif edib. Lixtştayner rəhbərlikdən maaşının artırılmasını ilinə 3 milyon avro itələb edib. “Yuventus”la müqavilə müddətini uzatmayan futbolçunun yayda azad afent statusuyla başqa komandaya keçəcəyi gözlənilir. Hazırda müdafiəçini Fransanın PSJ və İngiltərənin “Arsenal” klubları heyətində görmək istəyir. 

Xəbər xətti