"Bavariya"nın müdafiəçisi ilin ən yaxşısı seçildi

02:00 - 31 Oktyabr 2014

Alaba sorğuda əsas rəqibini qabaqladı  
 
“Bavariya” klubunun müdafiəçisi David Alaba ardıcıl ikinci dəfə Avstriyada ilin ən yaxşı idmançısı seçilib.
 
Sportal.az xəbər verir ki, münhenluilərin aparıcı üzvü sorğuda əsas rəqibi Soçi Qış Olimpiya Oyunlarının gümüş mükafatçısı Marsel Hişeri bir səslə qabaqlayıb. Ötən mövsüm “Bavariya”nın heyətində 30 oyuna çıxan 22 yaşlı futbolçu rəqib qapılarından 4 top keçirərək, 7 məhsuldar ötürmə edib. Avstriya milli komandasında 7 oyun keçirən Alaba iki qol vurub. 

Xəbər xətti