Anxel di Mariya: "Əgər "Mançester Siti"yə uduzsaq, 2-3 həftə evdən çölə çıxa bilməyəcəyik"

Argentinalı futbolçudan açıqlama

 

İngiltərə Premyer Liqasının 10-cu turu çərçivəsində Mançester derbisi baş tutacaq.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Mançester Yunayted"in ulduz futbolçusu Anxel di Mariya derbi öncəsi maraqlı açıqlama verib:

 

"Derbidə oynamaq möhtəşəm bir hissdir. Təbii ki, burada məğlub olsaq 2-3 həftə evdən çölə çıxa bilməyəcəyik. Sadiq azarkeşlərimizin üzünə baxa bilmək üçün bu görüşdə qalib gəlmək mütləqdi."

 

Qeyd edək ki, "Mançester Siti" - "Mançester Yunayted" matçı sabah Bakı vaxtı ilə 17:30-da start götürəcək.

Tarix: 1 Noyabr [15:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2018
22  İyun 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio