Türkiyəli hakim "Bavariya" - "Roma" matçında

16:50 - 3 Noyabr 2014

Cüneyt Çakıra növbəti təyinat

 

Türkiyəli hakim Cüneyt Çakır Çempionlar Liqasının qrup mərhələsinin oyunlarından birinə təyinat alıb.

Sportal.az xəbər verir ki, təcrübəli hakim E qrupunun "Bavariya" - "Roma" qarşılaşmasını idarə edəcək. Cüneyt Çakıra Bahattin Duran və Tarık Ongun köməklik edəcək.

Qeyd edək ki, "Bavariya" - "Roma" noyabrın 5-i, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 

Xəbər xətti