Serxio Aquero: "Çelsi" yenə xal itirəcək"

11:00 - 4 Noyabr 2014

Ulduz futbolçudan maraqlı açıqlama

 

"Mançester Siti"nin argentinalı ulduzu Serxio Aquero hal-hazırda İngiltərə Premyer Liqasında liderliyi heç kəsə verməyən "Çelsi" haqqında maraqlı fikirlər irəli sürüb.

 

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən Aquero bunları deyib:

 

"Çelsi" bu mövsüm əla təsir bağışlayır. Lakin mən əminəm ki, onlar xal itirəcək. Bu turda "Liverpul"la qarşılaşırlar. Baxaq görək, bu oyunda xal itirir ya yox. Ancaq sözün düzünü desəm, matçın favoriti "Çelsi"di."

Xəbər xətti