"Mançester Yunayted" argentinalını itirdi

19:15 - 4 Noyabr 2014

Futbolçunun çiyni çıxıb

 

"Mançester Yunayted" klubu ciddi itki ilə üzləşib.

 

Sportal.az.az xəbər verir ki, komandanın aparıcı üzvlərindən sayılan Markos Roxo uzun müddət komandasına kömək edə bilməyəcək.
 
"Mançester Siti" derbisində zədələnən 24 yaşlı müdafiəçinin əməliyyat olunacaq. Onun ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı deyilir.
 
Qeyd edək ki, Argentina millisinin də üzvü olan Roxo avqust ayında Portuqaliyanın "Sportinq" klubundan "Mançester Yunayted"ə transfer olunub.


Xatırladaq ki, "Mançester Siti" - "Mançester Yunayted" oyunu birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
 

Xəbər xətti