“Barselona”nın oyun fəlsəfəsini dəyişdirmək fikrində deyiləm"

00:30 - 5 Noyabr 2014

Luis Enrike: "Əgər səfərdə qalib gəlsək, onda qrup mərhələsini lider kimi başa vura bilərik"
 
“Barselona”nın baş məşqçisi Luis Enrike Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Amsterdamda “Ayaks”la qarşılacaqları oyunla bağlı fikirlərini bildirib.
 
Sportal.az xəbər verir ki, ispaniyalı gənc məşqçi Hollandiya təmsilçisiylə qarşılaşmada komandasının oyun dəsti-xəttini dəyişdirməyəcəyini deyib: 
 
“Barselona”nın oyun üslubunu dəyişdirməyəcəyəm. İstəyirəm ki, komanda irəliləməyə nail olsun. Mən oyunu öz şəxsi fəlsəfəmlə qazanmaq istəyirəm. İki məğlubiyyətdən sonra 3 xalı qazanmağın vaxtı çatıb. “Ayaks”  üzərində qələbə qazanıb-qazanmayacağımızı deyə bilmərəm. Əgər səfərdə qalib gəlsək, onda qrup mərhələsini lider kimi başa vura bilərik”.
 
Qeyd edək ki, “Ayaks” – “Barselona” matçı bu gün Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər xətti