"Dnepr"in futbolçusu: "Qarabağ"la oyunda qələbə qazanmalıyıq"

17:40 - 5 Noyabr 2014

"Uduzduq, futbolda hər şey olur"

 

Avropa Liqasının qrup mərhələsinin IV turunda Bakıda "Qarabağ"ın qonağı olacaq "Dnepr" klubu bu gün Bakıya gəlib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dneprpetrovsk təmsilçisinin futbolçusu Artyom Fedetski səfər öncəsi jurnalistlərin suallarını cavablandırıb.

 

- "Dinamo"ya məğlubiyyətdən sonra komandada psixoloji vəziyyət necədir?

- Bunu faciəyə çevirmək lazım deyil. Uduzduq, futbolda hər şey olur. Əlbəttə, heç kəs məğlub olmağı xoşlamır, ancaq bu baş verdi. Komanda bir qədər qəmgindir, ancaq irəli baxmalıyıq. Qarşıda "Qarabağ" və "Şaxtyor"la oyunlarımız var. Bu oyunlara hazırlaşmalıyıq.

 

- Sabahkı oyun sizin üçün batmaq və ya üzmək xarakteri daşıyır?

- Düşünürəm ki, bəli. Qrupdan çıxmaq şansımızı saxlamaq istəyiriksə, qələbə qazanmalıyıq. Bilirik ki, bizim üçün çox çətin oyun olacaq. Lakin bütün oyunlar bizim üçün çətin keçir.

 

- İlk oyundakı məğlubiyyətə əsaslansaq, "Qarabağ"la oyunda qələbə qazanmaq üçün nə etməli olduğunuzu bilirsiniz?

- İlk olaraq qol vurmaq lazımdır (gülür). Əgər bu, alınsa, hər şey normal olacaq. Qol vurmaq imkanlarımız olur, amma həlledici mərhələdə nəysə çatmır. Özümüzü və azarkeşlərimizi əsəbiləşdirməmək üçün bunun üzərində çalışırıq.

 

- Ölkə çempionatında komanda çox qol vursa da, Avropa Liqasında bunu edə bilmir. Bu bir təsadüfdür, yoxsa hansısa obyektiv səbəbləri var?

- Əgər bunun səbəbini bilsəydik, çoxdan həll etmişdik. Əlbəttə, biz qol vurmaq istəyirik. Ölkə çempionatında hər şey qaydasındadır. Ancaq Avropa Liqasının qrup mərhələsində hələ qol vura biləmişik.  Ümid edirəm ki, bu uğursuzluğu tezliklə dəyişəcəyik.

Xəbər xətti