Messi "Ayaks"la oyunda dubl etdi və Raula çatdı

02:30 - 6 Noyabr 2014

Argentinalı futbol ulduzu CL-də 71-ci qolunu vurdu
 
Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Ayaks”la səfər matçında dubl edən “Barselona”lı Lionel Messi “Real”ın əfsanəvi hücumçusu Raul Qonzalesə çatıb.
 
Sportal.az xəbər verir ki, argentinalı futbol ulduz matçın 36-cı dəqiqəsində fərqlənərək, “Real”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldoya 70 qolla şərik olub.
 
76-cı dəqiqədə daha bir dəfə rəqib qapısına yol tapan Messi qollarının sayını 71 çatdıraraq ÇL-nin bombardirlər siyahısına başçılıq edən Raula çatıb.  

Xəbər xətti