“Sent-Etyen” fiziki cəhətdən güclü komandadır"

03:00 - 7 Noyabr 2014

Mateo Kovaçiç:"Onlar qələbə də qazana bilərdilər"
 
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda səfərdə Frnasa təmsilçisi “Sent-Etyen”lə heç-heçə (1:1) edən “İnter” aktivinə 1 xal yazıb.
 
Sportal.az xəbər verir ki, “İnter”in xorvatiyalı yarımmüdafiəçisi Mateo Kovaçiçin qarşılaşmayla bağlı fikirləri belə olub: 
 
“Gərgin və ağır oyun oldu. Birinci hissədə daha yaxşı oynadıq. Qol vurandan sonra nəticəni qoruyub saxlamağa çalışdıq. Rəqib təzyiqi artıraraq bərabərlik qolunu vurdu. “Sent-Etyen” fiziki cəhətdən güclü komandadır. Hətta onlar qələbə qazana da bilərdilər.  Deyərdim ki, bəzi epizodlarda bəxtimiz gətirdi. Onu da yaxşı bilirik ki, növbəti mərhələyə çıxmaq üçün bizə qələbə lazımdır”  

Xəbər xətti