Bosniyanın qapıçısı "Liverpul"un hədəfində

13:45 - 9 Noyabr 2014

İngiltərə klubu heyətini gücləndirmək istəyir

 

İngiltərənin "Stok Siti" klubunun qapıçısı Asmir Beqoviç "Liverpul"un hədəf dairəsinə düşüb.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, 27 yaşlı qapıçı üçün "Liverpul"  10 milyon funt-sterlinqindən keçməyə hazırdı.

 

Qeyd edək ki, bu mövsüm Beqoviç "Stok Siti"nin heyətində keçirdiyi 10 matçda qapısında 12 qol görüb.

Xəbər xətti