Argentina futbolunun əfsanəsi İtaliya klubuna baş məşqçilik edə bilər

13:25 - 10 Noyabr 2014

Keçmiş hücumçu posta ən real namizəddir

 

İtaliya A seriyasında heç də yaxşı günlərini yaşamayan "Parma" klubu baş məşqçisi Roberto Donadoni ilə yollarını ayırmaq üzrədir.

 

Sportal.az xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda "Parma"nın uşaq futbolunda məşqçiliyin sirlərini öyrənən Argentina yığmasının əfsanəvi futbolçusu Ernan Krespo bu posta ən real namizəddir.

 

Qeyd edək ki, "Parma" 11 turdan sonra turnir cədvəlində son pillədə qərarlaşıb.

Xəbər xətti