"Mançester Siti"nin hücumçusu zədələndi

19:00 - 10 Noyabr 2014

Futbolçu 3 həftə komandasına kömək edə bilməyəcək

 

"Mançester Siti" klubu ciddi itki ilə üzləşib.

Sportal.az xəbər verir ki, İngiltərə təmsilçisinin hücumçusu Edin Dzeko "Kvins Park Reyncers"lə qarşılaşmada zədələnərək sıradan çıxıb.

Bosniyalı futbolçu matçın 68-ci dəqiqəsində oyunu tərk etmək məcburiyyətində qalıb. Tibbi müayinədən sonra Dzekonun ən azı 3 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Təcrübəli futbolçu Bosniya və Hersoqovina yığmasının "Avro-2016"nın seçmə mərhələsində qarşılaşacağı İsraillə görüşdə komandasına kömək edə bilməyəcək

Xəbər xətti