Branimir Subaşiç oynadı, komandası qalib gəldi

23:05 - 10 Noyabr 2014

"Manisaspor" rəqibini minimal hesabla məğlub etdi

 

Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 9-cu turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Branimir Subaşiçin çıxış etdiyi "Manisaspor" da növbəti matçına çıxıb.
 
Komanda doğma meydanda "Orduspor"la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Subaşiç start heyətdə meydana çıxsa da, 82-ci dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, "Manisaspor" turnir cədvəlində 7 xalla 16-cı pillədədir.

Xəbər xətti