İtaliya millisinin hücumçusu 6 ay oynamayacaq

16:30 - 11 Noyabr 2014

Futbolçu ağır xəsarət alıb

 

Millimizin "Avro-2016"dakı rəqibi İtaliya yığmasının və "Napoli" klubunun futbolçusu Lorenzo İnsinye uzunmüddətlik sıradan çıxıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu İtaliya A seriyasında "Fiorentina" ilə qarşılaşmada zədələnib. L.İnsinye altı ay müddətinə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edəkk i, futbolçu "Napoli"də cari mövsüm oynadığı 14 matçda 1 qol vurub.

Xəbər xətti