"Yuventus" hücumçu ilə yeni müqavilə imzalayacaq

19:35 - 11 Noyabr 2014

"Tevez “Yuve”in şərəfini qorumaqdan məmnundur"

 

 “Yuventus” rəhbərliyi komandanın aparıcı futbolçularından sayılan Karlos Tevezlə yeni müqavilə imzalamaq istəyir.

 

Sportal.az xəbər verir ki, bu barədə Turin klubunun icraçı-direktoru Cüzeppe Marotta açıqlama verib:

 

“Karlos anadangəlmə qalibdir. Onun “Yuventus”la hələ 1,5 illik müqaviləsi mövcuddur. O, istəsə, biz onunla yeni müqavilə imzalayacağıq. Tevez “Yuve”nin şərəfini qorumaqdan məmnundur”.

Qeyd edək ki, Tevez 2013-cü ildə “Mançester Siti”dən “Yuventus”a transfer olunub.

Xəbər xətti